May ayında sərvət qazanacaq BÜRClər: Pul sel kimi gələcək

5 May 2026 10:00

May ayı astroloji baxımdan maliyyə imkanlarının artdığı, yeni qazanc yollarının açıldığı bir dövr kimi qiymətləndirilir. Ulduzların mövqeyi bəzi bürclərə xüsusilə uğurlu təsir göstərərək həm gözlənilən ödənişləri, həm də əlavə gəlir imkanlarını ön plana çıxarır. Uzun müddətdir davam edən maddi gərginlik isə tədricən azala bilər.

Milli.Az xəbər verir ki, may ayının ən şanslı bürclərindən biri Buğadır. Maliyyə sabitliyinə önəm verən Buğalar uzunmüddətli zəhmətlərinin bəhrəsini görməyə başlayacaqlar. Maaş artımı, bonuslar və ya gecikmiş ödənişlərin alınması ehtimalı yüksəkdir.

Eyni zamanda, pul idarəçiliyində daha düzgün qərarlar verərək lazımsız xərcləri azaltmaq Buğalara əlavə rahatlıq qazandıracaq. Ayın sonuna doğru maliyyə baxımından özlərini daha güvənli hiss edəcəklər.

Şir

Şir bürcü üçün may ayı karyera və qazanc baxımından diqqətəlayiq ola bilər. Yeni iş təklifləri, müştəri artımı və gəlir gətirən əlaqələr qurmaq imkanı yaranır.

Özünəinamlı davranışları sayəsində Şirlər mühüm şəxslərin diqqətini çəkə və dəstək ala bilərlər. Xüsusilə yaradıcı sahədə çalışanlar üçün bu dövr məhsuldar olacaq və pul axını sürətlənə bilər.

Oğlaq

Oğlaq bürcü üçün may ayı uzun müddətdir görülən işlərin nəticəsini toplamaq vaxtıdır. Karyerada irəliləyiş, maaş artımı və ya əlavə məsuliyyətlərlə birlikdə qazancın artması mümkündür.

Oğlaqlar bu dövrdə riskdən qaçaraq daha sabit və düşünülmüş maliyyə addımları atacaqlar. Bu yanaşma onların qazancını qorumağa və artırmağa kömək edəcək. Ayın sonuna doğru daha güclü maliyyə mənzərəsi formalaşa bilər.

Fidan
Milli.Az