Bir fincan südlü və ya yaşıl çay enerji versə də, bütün çaylar canlandırıcı təsirə malik deyil. Diyetoloq İqor Strokov insanı dəqiqələr içində yuxuya aparan sadə bir çay növü haqqında məlumat verib.
Milli.Az xəbər verir ki, çobanyastığı çayı yuxusuzluq və digər yuxu problemləri üçün təbii vasitə kimi istifadə olunur.
Bu çay əzələləri rahatlatmağa və narahatlığı azaltmağa kömək edərək yuxuya getməyi asanlaşdırır.
Araşdırmalar göstərir ki, çobanyastığı çayı yuxunun həm keyfiyyətini, həm də müddətini yaxşılaşdırır.
Çobanyastığı çayının yuxululuq yaratması təxminən 30-45 dəqiqə çəkir.
Çayda olan "apigenin" adlı flavonoid beyindəki müəyyən reseptorlara bağlanaraq yüngül sakitləşdirici təsir göstərir.
Lalə Qüdrətova
Milli.Az