Dabandakı çatlardan qurtulmağın ən sadə yolu - cəmi 15 dəqiqə gözlətmək bəs edir

6 May 2026 00:47

Dabanlarda yaranan çatlaqlar həm sağlamlıq baxımından risk yaradır, həm də estetik cəhətdən narahatlıq doğurur. Ev şəraitində tətbiq olunan təbii üsullar arasında qoz qabığı istifadəsi son dövrlərdə effektivliyi ilə ön plana çıxır.

Milli.Az xəbər verir ki, tərkibindəki vitamin və minerallar sayəsində qoz qabığı topuqlardakı sərtləşmiş dərinin yumşalmasına kömək edir və çatlaqların görünüşünü azaldır.

Tətbiq qaydası:

İlk öncə qoz qabıqlarını su ilə birlikdə təxminən yarım saat qaynatmaq lazımdır.

Əldə edilən su geniş bir qaba tökülür və ayaqlar bu suyun içində təxminən 15 dəqiqə saxlanılır.

Daha sonra topuq nahiyəsi zərifcə ovulur və proses tamamlanır.

Müntəzəm tətbiq edildikdə, xüsusilə sərtləşmiş və çatlamış topuqlarda gözlə görünən yumşalma təmin edilir.

Prosedurdan əvvəl ayaqlar ilıq su ilə yumşaldılmalı, sərt müdaxilələrdən qaçınılmalı və baxımdan sonra nəmləndirici çəkilməlidir.

Dar və hava keçirməyən ayaqqabılar çatlaqları artıra biləcəyi üçün onlardan qaçınmaq lazımdır.

Xəbərdarlıq: Bu cür təbii üsullar dəstəkləyici xarakter daşıyır. Ciddi çatlaq, ağrı, qanama və ya infeksiya hallarında mütləq mütəxəssisə müraciət edilməlidir.

Lalə Qüdrətova
Milli.Az