“Çelsi” öz meydanında məğlub oldu

4 May 2026 20:37

İngiltərə Premyer Liqasında 35-ci turun oyunları keçirilir.

Milli.Az xəbər verir ki, "Çelsi" evdə "Nottinqem Forest"lə qarşılaşıb. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda London klubu 48 xalla 9-cu yerdədir.

Qonaqlar isə 42 xalla 16-cı pillədədir.

Milli.Az