Qaydaları heçə saydı, həbs olundu - VİDEO

4 May 2026 19:42

Konstruksiya dəyişikliyi edib, nömrəsiz avtomobil idarə edən sürücü həbs olunub

Milli.Az xəbər verir ki, Abşeronda nəqliyyat vasitəsində qanunsuz konstruksiya dəyişikliyi edən və avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə edən Kamran Nağızadə polis əməkdaşları tərəfindən saxlanılıb.

O, digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb və ictimai qaydanı nümayişkaranə şəkildə pozub.

Sürücü barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Nağızadə inzibati qaydada həbs edilib.

Milli.Az