1 həftə bunu edin - Nəticəyə özünüz də inanmayacaqsınız

5 May 2026 03:03

Son dövrlərdə artıq çəki ilə mübarizə aparanların ən çox maraq göstərdiyi mövzulardan biri 1 həftəlik pəhriz proqramlarıdır. Mütəxəssislər bildirirlər ki, düzgün qidalanma rejimi qısa müddətdə bədəndə yüngülləşmə və çəkidə azalma yarada bilər.

1 həftəlik qidalanma nümunəsi

Milli.Az xəbər verir ki, dietoloqların tövsiyə etdiyi sadə proqramda səhər yeməyində qaynadılmış yumurta, tam buğda çörəyi və təzə tərəvəzlər, ara yeməklərdə meyvə və ya badam yer alır. Nahar zamanı toyuq və ya balıq kimi zülallarla yanaşı salat və az miqdarda karbohidratlar qəbul edilir. Axşam isə daha yüngül qidalar - tərəvəz şorbası və ya salat tövsiyə olunur.

Fiziki aktivlik və su qəbulu vacibdir

Mütəxəssislər gündəlik ən az 2 litr su içilməsini və 30-40 dəqiqəlik piyada gəzintini vacib hesab edirlər. Şirniyyat, qazlı içkilər və fast-food məhsullarından uzaq durmaq da əsas şərtlərdən biridir.

1 həftədə neçə kilo arıqlamaq mümkündür?

Qidalanma mütəxəssislərinin fikrincə, bu cür pəhrizlə 1 həftə ərzində orta hesabla 1-3 kiloqram çəki itkisi mümkündür. Bəzi hallarda isə bədəndən artıq suyun çıxması nəticəsində bu rəqəm 4 kiloqrama qədər çata bilər.

Bununla belə, həkimlər xəbərdarlıq edirlər ki, sürətli arıqlama uzunmüddətli nəticə verməyə bilər və sağlam qidalanma ilə davamlı rejim daha effektiv hesab olunur.

Fidan

Milli.Az