Mətbəx resepti: qarğıdalı unlu südlü piroq - asan və ləzzətli desert
Milli.Az xəbər verir ki, ev şəraitində hazırlanan qarğıdalı unlu südlü piroq həm sadə, həm də ləzzətli desertlərdən biridir.
Hazırlanması üçün 1 litr süd, 250 qram qarğıdalı unu, 120 qram şəkər tozu, 50 qram yağ, 3 ədəd yumurta, yarım vanil çubuğu və 3-4 dilim təzə və ya konserv ananas istifadə olunur.
Hazırlanma qaydası belədir: süd vanil ilə birlikdə qaynadılır. Daha sonra südün içinə yavaş-yavaş qarğıdalı unu əlavə edilərək qarışdırılır ki, topa-topa olmasın və daşmasın. Qarışıq qazdan götürüldükdən sonra yumurta sarısı, yağ və yumurta ağı əlavə edilərək yaxşıca qarışdırılır.
Hazırlanan kütlə yağlanmış və unlanmış tavaya tökülür və əvvəlcədən qızdırılmış duxovkada təxminən 60 dəqiqə bişirilir. Hazır piroq soyudulduqdan sonra üzərinə ananas və ya digər meyvələr əlavə edilərək süfrəyə verilir.
Fidan
Milli.Az