Banklara əmanət qoyanlar üçün vacib XƏBƏR: Kreditlər bahalaşır

4 May 2026 16:56

Azərbaycanda kredit və depozit faizləri arasındakı əlaqə ilə bağlı maraqlı vəziyyət müşahidə olunur. Adətən depozit faizləri azaldıqda kredit faizlərinin də aşağı düşməsi gözlənilsə də, son statistik göstəricilər bunun əksini göstərir.

Milli.Az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı məlumatına görə, 2026-cı ilin ilk rübündə manatla depozit faizləri demək olar ki, sabit qalıb, hətta bəzi hallarda cüzi azalma qeydə alınıb. Buna baxmayaraq, kredit faizlərində həm rüblük, həm də illik müqayisədə artım müşahidə olunub.

Məsələ ilə bağlı iqtisadçılar bildirirlər ki, bu tendensiya bankların riskli müştərilərlə daha çox işləməsi və risklərin artması ilə bağlıdır. Digər tərəfdən, bank sistemində likvidliyin yüksək olması depozitlərə marağın azalmasına səbəb olur. Nəticədə depozit faizləri aşağı düşsə də, kredit faizləri yüksəlməkdə davam edir. 

Asya
Milli.Az