Vüqar Hüseynovun yerinə o təyin olundu

4 May 2026 16:14

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinə yeni rəhbər şəxs təyin olunub.

Milli.Az xəbər verir ki, sözügedən vəzifəyə Ramin Qurban təyin edilib.

Bu təyinatadək Ramin Qurban AZƏRTAC-ın redaksiya müdiri vəzfəsində çalışıb.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin keçmiş müdiri Vüqar Hüseynov isə yaxın günlərdə vəzifəsindən ayrılıb. V.Hüseynov Həmkarlar İttifaqı Konfederasiyasının Media və Kommunikasiya Şöbəsinin müdiri təyin edilib.

Mehman Əsədov
Milli.Az