Avtomobil sahiblərinə PİS XƏBƏR

4 May 2026 16:26

Azərbaycanda avtomobil təkərləri bazarında çatışmazlıq müşahidə olunur. Xüsusilə Asiya ölkələrindən gətirilən məhsulların azalması bəzi ölçülərdə təkərlərin tapılmasını çətinləşdirib.

Milli.Az xəbər verir ki, əsas səbəblərdən biri Hörmüz boğazı ətrafında yaranan məhdudiyyətlərdir. Bu vəziyyət Tailand, Tayvan və Çin kimi ölkələrdən idxalın gecikməsinə səbəb olub. Nəticədə bazarda həm seçim imkanları azalıb, həm də mövcud ehtiyatlar sürətlə tükənmək üzrədir.

Satıcılar bildirirlər ki, alternativ marşrutlardan istifadə daşınma xərclərini artırıb. Bu da qiymətlərə təsir edərək təkərlərin orta hesabla 10-15 faiz bahalaşmasına gətirib çıxarıb. Sahibkarlar həm maliyyə itkiləri, həm də müştəri sayının azalması ilə üzləşdiklərini bildirirlər. 

Asya
Milli.Az