Bu yolda sürücülər əziyyət çəkir – Səbəb açıqlandı

4 May 2026 18:12

Paytaxtın Bəhruz Nuriyev küçəsi ərazisində, Heydər Əliyev Parkı yaxınlığında yol hərəkətinin təşkili ilə bağlı müəyyən çətinliklər müşahidə olunur.

Milli.Az xəbər verir ki, bu küçə ilə hərəkət edən sürücülər parkın qarşı tərəfinə keçmək üçün bir neçə işıqfor və kəsişmədən istifadə etməyə məcbur qalırlar ki, bu da vaxt itkisinə və sıxlığa səbəb olur.

Mütəxəssislər problemin daha sadə həll variantının mümkün olduğunu bildirirlər. Təklifə əsasən, ərazidə geri dönmə nöqtəsinin yaradılması vəziyyəti xeyli yaxşılaşdıra bilər. Bu cür yanaşma artıq paytaxtın bəzi ərazilərində uğurla tətbiq olunub və müsbət nəticə verib.

Qeyd olunur ki, belə bir dəyişiklik həm nəqliyyat sıxlığını azalda, həm də Qara Qarayev prospekti istiqamətində yüklənməni minimuma endirə bilər. Eyni zamanda, yol-nəqliyyat hadisələrinin azalmasına da müsbət təsir göstərəcəyi vurğulanır. 

Asya
Milli.Az