"Qarabağ"ın keçmiş ulduzundan möhtəşəm QOL - VİDEO

4 May 2026 15:33

Meksikanın "Pumas" klubunda çıxış edən, vaxtilə "Qarabağ"ın formasını geyinmiş Juninyo növbəti dəfə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki braziliyalı hücumçu ötən gün "CF Amerika" ilə keçirilən qarşılaşmada baxımlı qola imza atıb. O, görüşün 5-ci dəqiqəsində hesabı açaraq komandasını önə çıxarıb.

Gərgin keçən oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Hazırda "Pumas" 36 xalla turnir cədvəlinin zirvəsində yer alır və "Guadalajara" ilə birlikdə liderliyi bölüşür. Juninyo isə bu mövsüm vurduğu 8 qolla komandasının əsas qol ümidlərindən biri kimi çıxış edir.

Hüseyn
Milli.Az