Braziliya millisinin keçmiş hücumçusu Halk (Givanildo Vieira de Sousa) karyerasını yeni klubda davam etdirməyə yaxındır.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, əlumatı məşhur transfer insayderi Fabrizio Romano paylaşıb. Bildirilir ki, son olaraq "Atletiko Mineiro" ilə vidalaşan 39 yaşlı futbolçu növbəti mövsümdə "Fluminense" formasını geyinə bilər. Transferin detalları hələlik açıqlanmayıb.
Xatırladaq ki, təcrübəli forvard mayın 2-də "Atletiko Mineyro" ilə rəsmi şəkildə yollarını ayırıb. O, 2021-ci ildən bu klubda çıxış edirdi və komandanın əsas fiqurlarından biri sayılırdı. Hulk bu müddət ərzində bütün turnirlərdə 309 oyuna çıxaraq 140 qola imza atıb və 56 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, braziliyalı hücumçu karyerası boyunca "Porto" və "Zenit Saint Peterburq" kimi tanınmış Avropa klublarında da çıxış edib. Bundan əlavə, o, Yaponiya və Çin liqalarında da top qovub.
Hüseyn
Milli.Az