"Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün könüllü qeydiyyatı başladı

4 May 2026 14:33

Bu il Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatı başlanıb.

Bu barədə Milli.Az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Könüllülər üçün minimum yaş həddi 16-dır. Xarici dil biliklərinə malik namizədlərə seçim prosesində üstünlük veriləcək.

Müraciətlər mayın 4-dən etibarən qəbul edilir, yüksək maraq və rəqabətli seçim prosesi nəzərə alınaraq namizədlərə gecikmədən müraciət etmələri tövsiyə olunur.

Müraciətlər bu ildən etibarən yalnız BCC mobil tətbiqi vasitəsilə qəbul olunur və qeydiyyat tamamilə bu platforma üzərindən həyata keçirilir.

2025-ci ildə rekord sayda - 30 mindən çox müraciət qeydə alınıb, onlardan yalnız 2 min könüllü seçilib ki, bu da proqramın yüksək rəqabət səviyyəsini göstərir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.

Yüklə:
https://www.bakucitycircuit.com/volunteers

Əlaqə: +994 12 404 13 83

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinin (24-26 sentyabr) pərdəarxası proseslərinə qoşulmaq və yarışın təşkilini yaxından izləmək fürsətini qaçırmayın.

İndi müraciət edin - Bakı yarışının bir hissəsi olun.