Bu gün saat 11 radələrində Bakı-Qazax yolunda ağır qəza baş verib.
Milli.Az xəbər verir ki, magistralın Ağdaş rayonu Ləki qəsəbəsindən keçən hissəsində "Mercedes" markalı yük avtomobili TIR-la toqquşub.
Nəticədə "Mercedes"in 36 yaşlı sürücüsü Heydər Hüseyngil hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Milli.Az