Bakı-Qazax yolunda ağır QƏZA - Ölən var

4 May 2026 12:40

Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində qəza baş verib.

Milli.Az xəbər verir ki, "Mercedes" markalı yük avtomobili TIR-la toqquşub. Nəticədə "Mercedes"in sürücüsü 36 yaşlı Heydər Hüseyngil hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır./Apa

Milli.Az