Saat 14:00-dan bu ərazilərdə qaz KƏSİLƏCƏK

4 May 2026 11:14

Bu gün Lənkəran rayonunun iki kəndinin qaz təchizatında fasilələr yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə"Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 14:00-dan təmir işləri ilə bağlı rayonun Digah və Şiləvar kəndlərində təbii qaz təchizatında fasilələr yaranacaq. Gün ərzində işlər yekunlaşan kimi qaz təchizatı bərpa olunacaq.

Milli.Az