90-cı illərin məşhur uşaq ifaçılarından olan Küçük İbo uzun fasilədən sonra yenidən diqqət mərkəzinə düşüb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son günlərdə onun sosial şəbəkələrdə yayılan görüntüləri geniş müzakirələrə səbəb olub. Uzun müddətdir mediadan uzaq qalan 42 yaşlı sənətçinin hazırkı görünüşü izləyicilərin diqqətini xüsusilə cəlb edib.
Paylaşılan fotolarda üz cizgilərində, xüsusilə burun nahiyəsində fərqliliklər müşahidə olunur. Bu isə bəzi istifadəçilər tərəfindən estetik müdaxilə iddialarını gündəmə gətirib.
Xatırladaq ki, Küçük İbo musiqi fəaliyyətinə hələ 12 yaşında başlayıb və xüsusilə İbrahim Tatlısesin verilişlərində səsləndirdiyi türkülərlə geniş auditoriyaya tanınıb.
Musa
Milli.Az