Sumqayıtda 66 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ

4 May 2026 10:21

Sumqayıt şəhərinin Corat qəsəbəsində 66 yaşlı kişi hamamda yıxılaraq ölüb.

Milli.Az xəbər verir ki, Dadaş Abduləziz oğlu Babayevin meyiti yaşadığı evdə hamam otağında aşkarlanıb.

Belə ki, 1960-cı il təvəllüdlü kişinin müvazinətini itirərək yıxıldığı və hadisə yerində öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az