"Bitcoin" yenidən rekord qırdı

4 May 2026 10:38

"Bitcoin" uzun fasilədən sonra yenidən 80 min dollar həddini aşaraq diqqət mərkəzinə düşüb. Bu göstərici sonuncu dəfə 31 yanvar 2026-cı ildə qeydə alınmışdı.

Milli.Az xəbər verir ki, bu artım "Binance" platformasının ticarət göstəricilərində əks olunub. Bakı vaxtı ilə səhər saat 6:40-da kriptovalyutanın qiyməti 2.61% yüksələrək 80 160 dollara çatıb.

Cəmi 20 dəqiqə sonra isə artım davam edib və saat 7:00-da Bitcoin 80 230 dollar səviyyəsinə yüksələrək 2.64% bahalaşıb. 

Asya
Milli.Az