Robot qorxulu anlar yaşatdı - VİDEO

4 May 2026 09:45

Çində keçirilən festivallardan birində nümayiş etdirilən humanoid robotun qəfil nəzarətdən çıxması iştirakçılar arasında panikaya səbəb olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ərazidə olan şəxslər tərəfindən mobil telefonlarla qeydə alınıb. Şahidlərin bildirdiyinə görə, robot gözlənilmədən nizamsız hərəkətlər etməyə başlayaraq ətrafdakı insanlara doğru istiqamətlənib və aqressiv davranış sərgiləyib.

Yaranan qarışıqlıq zamanı festival iştirakçıları təhlükəsizlik məqsədilə ərazini tərk etməyə çalışıblar. Qısa müddətdən sonra müdaxilə edən məsul şəxslər robotu zərərsizləşdirərək vəziyyəti nəzarətə götürüblər.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Baş verənlər sosial şəbəkələrdə geniş yayılaraq robot texnologiyalarının təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Hüseyn
Milli.Az