Lerikdə ildırımın vurduğu gənc ÖLDÜ

4 May 2026 09:27

Lerik rayonunda bədbəxt hadisə qeydə alınıb.

Milli.Az xəbər verir ki, mayın 3-də rayonun Laman kənd sakini, 2005-ci il təvəllüdlü Mirzəzadə Cəfər Əbdül oğlu yaşadığı kənd ərazisində ailəsinə məxsus örüş sahəsində ildırım vurması nəticəsində həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Trend.Az

Milli.Az