Türkiyənin Antalya şəhərində rüşvət qalmaqalı ilə bağlı aparılan istintaq genişlənməkdə davam edir.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırmalar çərçivəsində Antalya Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən uzaqlaşdırılmış sabiq sədri Muhittin Böcek barəsində başlanmış cinayət işi yeni detallar üzə çıxarıb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı onun gəlini Zuhal Böcek də saxlanılıb. Daha sonra o, məhkəmə qarşısına çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, iş üzrə rüşvət ittihamları araşdırılır və istintaq tədbirləri davam etdirilir. Rəsmi qurumlar tərəfindən yaxın günlərdə əlavə məlumatların açıqlanacağı gözlənilir.
Musa
Milli.Az