Evliliyini qeyri-adi şəkildə AÇIQLADI - FOTO

4 May 2026 09:30

İngiltərənin "Mançester Siti" klubunun və İtaliya millisinin qapıçısı Canluici Donnarumma şəxsi həyatı ilə gündəmə gəlib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, təcrübəli qolkiper Alessia Elefante ilə evləndiyini fərqli və diqqətçəkən üsulla elan edib.

Futbolçu sosial şəbəkə hesablarında toy mərasimindən görüntülər paylaşaraq, bunu transfer xəbərlərinə bənzər formada təqdim edib. O, paylaşımına "Uzunmüddətli müqavilə imzalanıb" qeydi əlavə edərək izləyicilərinin marağına səbəb olub.

Qeyd edək ki, Donnarumma 2025-ci ilin yayından etibarən "Mançester" klubunun formasını geyinir və komandanın əsas oyunçularından biri hesab olunur.

Hüseyn
Milli.Az