İsrailin ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin 50 yaşı üçün hazırlanan tort həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə müzakirələrə və reaksiyalara yol açıb.
Milli.Az xəbər verir ki, tortun üzərində "edam ipi" (dar ağacı kəndiri) motivi yer alıb.
Tortda nazirə ünvanlanmış "Təbriklər nazir Ben-Qvir, bəzən xəyallar gerçək olur" ifadələri yazılıb.
Ben-Qvir İsrail parlamenti Knessetdə fələstinli məhbuslara qarşı edam cəzasının tətbiq edilməsini müdafiə edən təşəbbüsləri ilə tanınan bir siyasətçidir.
Edam rəmzinin belə bir qeyd etmədə istifadə olunması İsrail ictimaiyyətində və beynəlxalq dairələrdə kəskin etirazla qarşılanıb.
Lalə Qüdrətova
Milli.Az