Lerikdə ildırım vuran gənc ölüb

3 May 2026 22:35

Lerikdə 21 yaşlı gənc ildırım vurmasından ölüb.

Milli.Az-ın məlumatına görə, hadisə rayonun Laman kəndində baş verib.

Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Cəfər Əbdül oğlu Mirzəzadəni ildırım vurub. O, aldığı xəsarətlərdən ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Milli.Az