Rəvandan qızına maşın sürmək qadağası

3 May 2026 19:33

Müğənni Rəvan Qarayev qızına avtomobil sürməyə icazə verməyib. 

Milli.Az  xəbər verir ki, bununla bağlı sənətçi özü video yayımlayıb. O, övladı ilə maşında gedən yerdə çəkilən videosunu izləyiciləri ilə bölüşüb. 

Qızının "Atama dedim maşını ver bir dəfə sürüm. Dedi ki, sürücülük vəsiqəsi al, sonra" sözlərinə ifaçı "Vəsiqə alarsan sonra. Qanunsuzdur, olmaz" cavabını verib. 

Qeyd edək ki, Rəvan iki dəfə ailəli olub. Onun hər nikahdan bir qız övladı var. (Axşam.az)

Milli.Az