2022-ci ildə peşəkar futbol karyerasını başa vuran Qonsalo İquain yenidən gündəmə gəlib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı sabiq hücumçu bu dəfə futbol uğurları ilə deyil, dəyişən görünüşü ilə diqqət çəkib.
Xarici mediada yayılan məlumatlara görə, hazırda Miami şəhərində yaşayan keçmiş futbolçu sosial şəbəkədə paylaşdığı son fotosu ilə geniş müzakirələrə səbəb olub. Uzun müddət ictimaiyyətdən uzaq qalan Hiquainin əvvəlki forması ilə müqayisədə xeyli çəki aldığı müşahidə edilib.
Bir zamanlar "Real Madrid", "Napoli" və "Yuventus" kimi Avropanın aparıcı klublarında çıxış edən argentinalı forvard karyerası ərzində məhsuldar oyunu ilə seçilirdi. Onun indiki görünüşü isə bir çox azarkeş üçün gözlənilməz olub.
Sosial media istifadəçiləri arasında yayılan fotolar müxtəlif reaksiyalar doğurub. Bəziləri keçmiş futbolçunun dəyişimini normal qarşılasa da, digərləri onun əvvəlki atletik formasını itirməsindən təəssüf hissi keçirdiklərini bildiriblər.
Hüseyn
Milli.Az