"Formula 1" Mayami Qran-prisinin təsnifat mərhələsinin qalibi oldu

3 May 2026 12:22

Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsi olan Mayami Qran-prisinin təsnifat mərhələsində Kimi Antonelli hamını qabaqlayaraq birinci olub.

Milli.Az xəbər verir ki, italiyalı pilot Mersedes komandasının heyətində uğurlu çıxış edib.

Yarış Miami International Autodrome trasında baş tutub. Sıralama turunda ikinci nəticəni Max Verstappen (Red Bull Racing), üçüncü yeri isə Charles Leclerc (Ferrari) göstərib.

Bundan əvvəl keçirilən sprint yarışında isə qələbə Lando Norrisə nəsib olub. O, McLaren komandası ilə finiş xəttini birinci keçib.

Sprintdən öncə xoşagəlməz hadisə də qeydə alınıb. Audi komandasının üzvü Nico Hülkenbergin bolidində yanğın baş verdiyi üçün o, yarışa qatıla bilməyib. Eyni problem təsnifat mərhələsində onun komanda yoldaşı Gabriel Bortoletonun avtomobilində də yaşanıb.

Qran-prinin əsas yarışı mayın 4-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Tural
Milli.Az