ABŞ-nin 5 min hərbçisi bu ölkədən çıxarılacaq

3 May 2026 12:14

ABŞ Prezidenti Donald Tramp Almaniya ərazisində dislokasiya olunmuş Amerika hərbi kontengentinin sayının əhəmiyyətli dərəcədə azaldılması planları barədə danışıb.

Milli.Az xəbər verir ki, Amerika lideri hərbçilərin çıxarılmasını Florida ştatının Vest Palm-Biç şəhərində jurnalistlərlə söhbətində şərh edib.

"Biz əhəmiyyətli dərəcədə azaltmağa hazırlaşırıq. 5 min hərbçidən daha çoxunu ixtisar edirik", - Tramp deyib.

Daha əvvəl Pentaqondan bildirilmişdi ki, ABŞ növbəti 6-12 ay ərzində Almaniyadan 5 min Amerika hərbi qulluqçusunu çıxaracaq.

Bununla belə, Almaniyada əvvəlki kimi 30 mindən çox əsgər qalacaq - yerləşdirilmiş Amerika hərbçilərinin sayına görə bu ölkə dünyada yalnız təxminən 50-55 min hərbi qulluqçunun dislokasiya olunduğu Yaponiyadan geri qalaraq ikinci yeri tutur. /"Report" 

Milli.Az