Mərakeşdə inşası 8 il davam edən VI Məhəmməd Qülləsi tamamlanaraq mühüm bir rekorda imza atıb.
Milli.Az xəbər verir ki, paytaxt Rabat yaxınlığında yüksələn bu tikili 250 metr hündürlükdədir və 55 mərtəbədən ibarətdir.
Bu bina təkcə Mərakeşin deyil, bütün Afrika qitəsinin ən hündür binası adını qazanıb.
Binanın "raket" formasında olan dizaynı layihənin ideya müəllifi Osman Benjellounun 1960-cı illərdə NASA-ya səfəri zamanı gördüyü "Saturn V" raketindən ilhamlanaraq hazırlanıb.
Tikili "LEED Gold" sertifikatına malikdir. O, günəş panelləri vasitəsilə öz enerjisinin bir hissəsini istehsal edir və inkişaf etmiş yağış suyu təkrar emal sisteminə sahibdir.
Layihə memarlar Rafael de la Hoz və Hakim Benjelloun tərəfindən həyata keçirilib.
Lalə Qüdrətova
Milli.Az