İki qardaş toyda bıçaqlandı

2 May 2026 20:44

Göygöldə toyda iki qardaş bıçaqlanıb.

Milli.Az-ın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

Toy məclisi zamanı 2005-ci il təvəllüdlü Ş.Atakişili və onun qardaşı bıçaqlanma xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralılar dərhal əməliyyat olunub.

Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

Milli.Az