Ramin Əliyev prorektor təyin edildi

2 May 2026 18:14

Azərbaycan Texnologiya Universitetinə (ATU) yeni prorektor təyin edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Əliyev Ramin ATU-nun ümumi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ramin Hüseynağa oğlu Əliyev buna qədər Azərbaycan Dövlət Aqrar Universitetinin ümumi işlər üzrə prorektoru vəzifəsində çalışıb.

Milli.Az