Ağcabədidə arvadını öldürməkdə şübhəli bilinən kişi saxlanıldı - YENİLƏNİB

2 May 2026 18:40

Ağcabədidə qətl hadisəsi baş verib.

Milli.Az-ın xəbərinə görə, hadisə Hindarx qəsəbəsində qeydə alınıb.

1969-cu il təvəllüdlü Ayaz Səlimov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1978-ci il təvəllüdlü Nəzakət Səlimovanı öldürməkdə şübhəli bilinib.

Ayaz Səlimov saxlanılıb, faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

------------

Ağcabədidə ailə münaqişəsi zəminində ər arvadını öldürüb.

Milli.Az xəbər verir ki, qətl hadisəsi rayonun Hindarx qəsəbəsində baş verib.

Ağdam rayon Mərzili kənd sakini Ayaz Amanxan oğlu Səlimov aliə münaqişəsi zəminində həyat yoldaşı 1978-ci il təvəllüdlü Nəzakət Vidadi qızı Səlimovaya balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisəni törədən A.Səlimov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı rayon prakrorluğunda cinayət işi başlanıb.

Milli.Az