Dünən cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

2 May 2026 13:11

Mayın 1-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 44 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

⁠Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Milli.Az