Rusiyada FACİƏ: Dördü uşaq olmaqla, ailənin yeddi üzvü həlak oldu - VİDEO

2 May 2026 11:35

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Meqion şəhərinə bağlı Vısokiy kəndində fərdi yaşayış evində baş verən yanğın faciə ilə nəticələnib.

Milli.Az xəbər verir ki, məlumata görə, hadisə zamanı eyni ailədən yeddi nəfər, o cümlədən dörd uşaq həyatını itirib. 

İlkin ehtimallara əsasən, yanğın elektrik cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verib.

Rəsmilər bildiriblər ki, yerli qurumlar tərəfindən həlak olanların yaxınlarına psixoloji və sosial dəstək göstəriləcək.

Milli.Az