Azərbaycanda zəlzələ OLDU

2 May 2026 10:35

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Milli.Az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.

Bildirilib ki, yeraltı təkan yerli vaxtla saat 09:50-də baş verib və onun maqnitudası 3 olub.

Zəlzələnin ocağı 27 kilometr dərinlikdə yerləşib.

Milli.Az