DOST Agentliyində işləmək istəyənlərin NƏZƏRİNƏ: VAKANSİYA var

2 May 2026 01:11

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi vakant vəzifələrin tutulması üçün müsabiqə elan edib.

Milli.Az xəbər verir ki, bu barədə DOST Agentliyindən məlumat verilib.

Vakant vəzifələr aşağıdakılardan ibarətdir:

- Audit şöbəsinin müdiri;

- Audit şöbəsinin böyük mütəxəssisi;

- Hüquq, kargüzarlığın təşkili və inzibati idarəetmə departamentinin Hüquq şöbəsinin müdiri;

- Hüquq, kargüzarlığın təşkili və inzibati idarəetmə departamentinin Hüquq şöbəsinin böyük mütəxəssisi;

- Qarabağ Regional DOST Mərkəzinin İnzibati dəstək sektorunun mütəxəssisi (sosial-psixoloji xidmətlər üzrə) (Bərdə şəhəri);

- Quba Regional DOST Mərkəzinin İnzibati dəstək sektorunun mütəxəssisi (insan resurslarının idarə edilməsi üzrə);

- Quba Regional DOST Mərkəzinin İnzibati dəstək sektorunun mütəxəssisi (sosial-psixoloji xidmətlər üzrə).

Müsabiqədə iştirak etmək istəyən şəxslər 13.05.2026-cı il tarixinədək buradan qeydiyyatdan keçə bilərlər.

Milli.Az