Milli Onkologiya Mərkəzində törədilən partlayışda xəsarət alan həkim Asif Nəsirlinin vəziyyəti ağırdır.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, müalicəsi reanimasiya şöbəsində davam edən Asif Nəsirlinin tələbə yoldaşı, dostu Nizami Məmmədov deyir ki, onlar Tibb Univeristetinin Cərrahiyyə bölməsində oxuyublar.
Nizami Məmmədov bildirib ki, Milli Onkologiya Mərkəzində uzun illərdir çalışan Asif Nəsirlinin başına gələn bu hadisə yaxınlarını dərindən sarsıdıb.
Dostunun sözlərinə görə, 44 yaşlı Asif Nəsirli hazırda reanimasiyada kamatoz vəziyyətdədir. Baş Prokurorluqdan da həkimin vəziyyətinin ağır olduğu bildirildi.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az