Balakəndə ağır qəza - sürücü öldü

2 May 2026 00:50

Mayın 1-də saat 15 radələrində Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Balakən rayonu ərazisindən keçən hissəsində 60 yaşlı Mamed Niçaxovun idarə etdiyi "Mercedes" və 31 yaşlı Musa Qurbanovun idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub.

​DİN-in Mətbuat Xidmətinin regional qrupundan Milli.Az-a verilən məlumata görə Mercedesin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Milli.Az