Tedeskonun qovulma səbəbi bəlli oldu

2 May 2026 00:52

"Fənərbağça" klubunda ötən günlərdə göndərilən Domeniko Tedeskonun qovulma səbəbi bəlli olub.

Milli.Az xəbər verir ki, Domeniko Tedeskonun derbidəki 0:3 hesablı məğlubiyyətdən sonra rəhbərliyə dediyi sözlər "Fənərbağça"da stəkanı daşıran son damla olub.

​Məlumata görə, italyan mütəxəssisin ağır məğlubiyyətdən sonra klub rəsmilərinə "Qalatasaray çox yaxşı komandadır" - şəklində açıqlama verməsi idarə heyətində böyük narazılıqla qarşılanıb. Əzəli rəqibə qarşı keçirilən derbidən sonra səsləndirilən bu etiraf rəhbərliyin səbrini daşırıb.

​Tedeskonun komandanın performansını müdafiə etmək əvəzinə rəqibi tərifləməsi onun göndərilməsi prosesində həlledici rol oynayıb.

"Fənərbağça" rəhbərliyi bu yanaşmanı qəbuledilməz hesab edərək məşqçi ilə yolları ayırmaq qərarına gəlib. (Offsideplus.az)

Milli.Az