Qənirə Ataşova oğlunu evdən qovub - FOTO

1 May 2026 23:52

Amerikada yaşayan jurnalist Qənirə Ataşova oğlu Ceyhunla bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, jurnalist övladının evdə səliqəyə riayət etmədiyini bildirib:

"Mənə pis ana deyə bilərsiniz. Bu pintiliyə görə onu evdən qovmuşdum. İnanın, otağı bu vəziyyətdə olurdu. Amma qovulandan sonra evə qayıdanda divarları öpüb dedi: "Ana, bu evin qaydalarına qurban olaram".

Maşını ona təmiz vermişdim. 4 aydır həmin maşın zibilliyə çevrilib. Nə istəsəniz içindən tapmaq mümkündür. Sonda paylaşdığım foto isə mənim təmizliyimdən bir parçadır. Onu da uşaqlar bəyənmir".

Qeyd edək ki, Qənirə Ataşova iki oğul anasıdır.

Milli.Az