ABŞ bu rüsumları 25%-ə qədər artıracaq

1 May 2026 21:16

ABŞ Avropa İttifaqından (Aİ) idxal edilən sərnişin və yük avtomobillərinə tətbiq edilən rüsumları 25%-ə qədər artıracaq.

Milli.Az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz "Truth" hesabında yazıb.

"Məmnuniyyətlə bildirirəm ki, Avropa İttifaqının tam razılaşdırılmış ticarət sazişimizə əməl etməməsi faktına əsaslanaraq, gələn həftə ABŞ-yə gələn avtomobil və yük maşınları üçün Avropa İttifaqına tətbiq olunan tarifləri artıracağam. Tarif 25%-ə qədər artırılacaq", - Tramp yazıb.

Tramp onu da qeyd edib ki, əgər Avropa şirkətləri ABŞ-də avtomobil və yük avtomobili istehsal etsələr, heç bir rüsum tətbiq olunmayacaq.

Tramp qeyd edib ki, ABŞ-də hazırda bir çox avtomobil zavodları tikilir və bu sahəyə 100 milyard dollardan çox investisiya qoyulur.

Milli.Az