Ağdam rayonunun Xıdırlı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub.
Milli.Az xəbər verir ki, ölənlərdən biri "VAZ 2107" markalı avtomobilin sürücüsü, Ağdam sakini Cəsarət (soyadı dəqiqləşdirilir) adlı şəxsdir.
Qəza zamanı avtomobildə olan sərniş 1996-cı il təvəllüdlü Alimə Səxavət qızı Məmmədova və onun azyaşlı övladları, 2016-cı il təvəllüdlü Seymur Rəhimli və 2015-ci il təvəllüdlü Sevgi Rəhimli ağır xəsarətlər alıblar.
İlkin məlumata görə, Alimə Məmmədovanın ayaqları sınıb, uşaqların vəziyyəti isə ağır qiymətləndirilir.
Qeyd edək ki, Alimə Məmmədova Ağdərə rayonunun Vəngli kəndinə köç etmiş sakinlərdəndir.
Faktla bağlı araşdırma aparılır.
-----------
Ağdam rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, qəza işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan "VAZ 2107" markalı avtomobil qarşıdan gələn "Opel" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində 2 nəfər hadisə yerində həyatını itirib, 4 nəfər isə ağır xəsarət alıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadalarının iki avtomobili cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərilməsi və onların xəstəxanaya çatdırılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az