Kürdəmirdə sel suları evlərə doldu - ŞİKAYƏT

1 May 2026 17:48

Kür çayında suyun səviyyəsinin yüksəlməsi Kürdəmirdə ciddi problemlərə səbəb olub. Çay yatağından çıxaraq rayonun Çərtəyəz kəndində yaşayış evlərinə və əkin sahələrinə ziyan vurub.

Milli.Az xəbər verir ki, kənd sakinləri bildirirlər ki, suyun səviyyəsi artmaqda davam edir və artıq həyətlərə dolur. Onların sözlərinə görə, təsərrüfatları və mal-qaraları məhv olub.

Sakinlər aidiyyəti qurumların əraziyə baxış keçirdiyini, lakin hələ ki, konkret tədbir görülmədiyini deyirlər:

"Su içində qalmışıq, uşaqları məktəbə aparmaq belə problemə çevrilib". 

Məsələ ilə bağlı FHN-dən bildirildi ki, adıçəkilən ərazilərə baxış keçirilib, aidiyyatı qurumlarla birlikdə problemin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçirilir. 

Asya
Milli.Az