ABŞ administrasiyası İranla fevral ayında başlayan hərbi gərginliyin artıq başa çatdığını açıqlayıb. Bildirilir ki, aprelin əvvəlində əldə olunan atəşkəsdən sonra tərəflər arasında silahlı toqquşma qeydə alınmayıb və buna görə də münaqişə "bitmiş" hesab olunur.
Milli.Az xəbər verir ki, bu mövqenin əsas məqsədinin Konqresdən hərbi əməliyyatlar üçün rəsmi icazə almaq tələbindən yayınmaq olduğu qeyd edilir. Məsələ 1973-cü il Müharibə Səlahiyyətləri Qanunu çərçivəsində müzakirələrə səbəb olub. Həmin qanuna görə, prezident uzunmüddətli hərbi əməliyyatlar üçün Konqresin razılığını almalıdır.
Konqresdə isə bu yanaşmaya münasibət birmənalı deyil. Bəzi siyasətçilər administrasiyadan hüquqi əsaslandırma tələb edir, digərləri isə prosesin nəzarətdə saxlanmasının vacibliyini vurğulayır. Ekspertlər hesab edir ki, bu məsələ ətrafında fikir ayrılığı davam edərsə, Ağ Evlə Konqres arasında ciddi qarşıdurma yarana bilər.
Asya
Milli.Az