Azərbaycanda ən populyar sosial şəbəkə açıqlandı

1 May 2026 16:26

Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "Facebook" olub.

Milli.Az bu barədə "StatCounter"a istinadən xəbər verir.

Aprel ayında "Facebook"un Azərbaycanın sosial şəbəkə bazarındakı payı 28,83% təşkil edib. Bu isə mart ayı ilə müqayisədə 2,51 faiz bəndi çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 16,17 faiz bəndi azdır.

İstifadəçi sayına görə, ikinci yerdə 27,27% payla "Youtube" sosial şəbəkəsi qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 1,42 faiz bəndi az, illik müqayisədə isə 17,45 faiz bəndi çox olub.

Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 18,27% payla "Instagram" olub. Bu, mart ilə müqayisədə 0,74 faiz bəndi, illik müqayisədə 5,96 faiz bəndi azdır.

Dördüncü yerdə 4,87% payla "X" qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 1,15 faiz bəndi, illik müqayisədə 0,12 faiz bəndi az olub.

Ötən ay "Reddit" sosial şəbəkəsi ölkəmizdəki bazar payını aylıq 0,22 faiz bəndi azaldıb, illik 2,1 faiz bəndi artırıb. Bununla da sosial şəbəkə 4,18%-lə beşinci yerdə qərarlaşıb.

Apreldə "Linkedin" sosial şəbəkəsi 3,65% bazar payı ilə altıncı yerdə qərarlaşıb. Sosial şəbəkənin ölkədəki bazar payı aylıq 0,43 faiz bəndi azalıb, illik 2,19 faiz bəndi artıb./Apa

Milli.Az