Rusiyada qeyri-adi tibbi hadisə baş verib. Bir kişi asqırarkən burnunu tutduğu üçün boğaz nahiyəsində ciddi zədələnmə alıb.
Milli.Az xəbər verir ki, həkimlərin məlumatına görə, bu zaman yaranan güclü təzyiq qırtlaq bölgəsindəki toxumaların zədələnməsinə səbəb olub və hava yumşaq toxumalara yayılıb. Nəticədə onun boyun və üz hissəsində şişkinlik yaranıb.
Pasiyent cərrahi əməliyyata ehtiyac olmadan müalicə olunub. Ona dərmanlar təyin edilib və tam istirahət tövsiyə olunub. Bir müddət sonra vəziyyəti stabilləşərək evə buraxılıb. Mütəxəssislər xəbərdarlıq edir ki, asqırarkən burun və ağzı tam bağlamaq təhlükəli ola bilər.
Asya
Milli.Az