Meyxanaçı Samirə Yusifqızının açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, sənətçi verdiyi müsahibədə ailə həyatı və şəxsi təcrübələri barədə danışaraq, valideyn xeyir-duasının önəmindən söz açıb.
O, bildirib ki, "göstəriş üçün kirayə ev, maşın və zinət əşyaları götürən insanlar görüb" və belə davranışları həyat üçün düzgün hesab etmir. Onun sözlərinə görə, həyatın əsas dəyəri bu deyil, ailə və səmimiyyətdir, xarici görüntü deyil.
Samirə Yusifqızı qeyd edib ki, ailə qurarkən ata-ananın razılığı və xeyir-duası vacibdir və buna əməl edilməməsinin insanın xoşbəxtliyinə təsir edə biləcəyini düşünür.
İfaçı həmçinin şəxsi həyatından nümunə gətirərək, qaçaraq evləndiyini və bu səbəbdən hələ dsə xoşbəxt olmadığını, həyat yoldaşının da erkən vəfat etdiyini bildirib.
Bu fikirlər sosial mediada geniş müzakirələrə yol açıb və izləyicilər arasında fərqli reaksiyalar doğurub.
Musa
Milli.Az