Xəbər verdiyimiz kimi, Mərkəzi Neftçilər Xəstəxanasının direktor vəzifəsinə əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Zaur Bəhmən oğlu Xəlilov təyin olunub.
Milli.Az yeni direktorun dosyesini təqdim edir:
Zaur Xəlilov 1991-1997-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali tibb təhsili alıb.
1997-1998-ci illərdə akademik M.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzində ümumi cərrahiyyə üzrə internatura keçib.
1999-2002-ci illərdə həmin mərkəzdə ümumi cərrahiyyə üzrə aspirantura təhsili alıb.
2009-2010-cu illərdə ixtisasını Avstriyanın Vyana Tibb Universitetində ümumi, laparoskopik və orqan nəqli üzrə Fellowship diplomuna yiyələnib.
2015-ci ildə Rusiyada Moskva Kliniki Elmi Mərkəzində "Onkologiya" ixtisası üzrə hazırlıq keçib, həmçinin həmin il akademik M.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzində cərrahiyyə üzrə doktorantura təhsili alıb.
İş təcrübəsi:
1999-2002-ci illərdə akademik M.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzində fəaliyyət göstərib.
2002-ci ildən etibarən Mərkəzi Klinikada ümumi cərrah kimi çalışır.
Z.Xəlilovun iştirak etdiyi ixtisasartırma kursları:
2003-cü il - Türkiyənin Bursa şəhərində Uludağ Universitetində ümumi cərrahiyyə və travma cərrahiyyəsi kursu
2011-ci il - Travma və Təxirəsalınmaz cərrahiyyə kursu
2013-cü il - Gülhane Hərbi Tibb Akademiyasında Laparoskopik Kolorektal cərrahiyyə kursu
2013-cü il - Akdeniz Universitetində orqan transplantasiyası kursu
2014-cü il - Fransanın Strazburq. RCAD, Bariatrik və Metabolik Cərrahiyyə kursu
2015-ci il - Moskva Kliniki Elmi Mərkəzində Laparoskopik Kolorektal cərrahiyyə kursu
2017-ci ildən Avstriyanın Saltsburq şəhərində Travma və Təxirəsalınmaz cərrahiyyə kursu
Qeyd edək ki, Zaur Xəlilov Azərbaycan Cərrahlar Cəmiyyətinin üzvüdür. O, ingilis, rus və türk dillərini bilir.
Hazırda Mərkəzi Klinikada şöbə müdiri və cərrah kimi fəaliyyətini davam etdirir.
Zaur Xəlilov Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə Prezident İlham Əliyevin 17 İyun 2022-ci il tarixində imzaladığı sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar həkimi" fəxri adına layiq görülüb./Bakupost.az
Milli.Az